Pedaqoji şura
19.11.2018-ci il tarixində məktəbdə 2-ci pedaqoji şura iclası keçirildi.Toplantını açan direktor A.Əzizova iclasın gündəliyinin aşağıdakı məsələlərdən ibarət olduğu barədə məlumat verdi.Monitorinqlərin təhlili,olimpiadaya hazırlıq ,elektron qiymətləndirmə,daxili nəzarət və intizam qaydaları haqqında. Sözügedən məsələlər barədə danışan A.Əzizova müzakirə olunan mövzuya birbaşa aidiyyatı olan müəllimlərində qoşulmağını xahiş etdi.Növbəti çıxış üçün söz məktəbin kitabxana müdiri S.Hüseynovaya verildi.Samirə xanım hələ dərs ili başlamamış Bakı şəhər Təhsil İdarəsi tərəfindən verilmiş yeni dərsliklərin alındığını alınmış kitabların möhürlənərək,daxili nömrə ilə nömrələnərək şagirdlərin istifadəsinə hazırlandığını bildirdi.Kitabxana müdiri dərsliklərin kodlaşdırılması haqqında məlumat verdi.Müntəzəm olaraq keçirilən dərsliklərin monitorinqi haqqında da məruzəçinin söylədikləri arasında idi.Monitorinqlər zamanı siniflərdə dərsliklərlə bağlı qarşıya çıxan neqativ hallardan bəhs edən Samirə xanım belə çatışmamazlıqların birgə həll yollarından danışdı.Mütaliə ilə bağlı məsələləri vurğulayan kitabxana müdiri bu işdə ədəbiyyat müəllimlərinin yaxından iştirakının vacibliyini vurğuladı.Məktəb saytından danışan direktor sayt idarə edən işçilərlə birlikdə saytdakı nöqsanları vurğuladı.Direktor müavinləri N.Ülviyyə,S.Leyla sinif jurnallarından müşahidələr zamanı qarşıya çıxan xoşagəlməzlikləri müəllimlərin nəzərinə çatdırdı.Şagirdlərin soyadları dəyişərkən zamanında məlumat verməyin zəruriliyini bildirdi.Çıxışçı ingilis dili müəllimi L.Rəcəbova iştirakçısı olduğu beynəlxalq seminar haqqında fikirlərini bölüşdü.Direktor müavini E.Ələndərova daxili nizam-intizam qaydalarından danışaraq növbətçilik edən müəllimlərə sözügedən məsələyə məsuliyyətlə yanaşmağı tövsiyə etdi.Təsərrüfat müdiri M.Abdullayev məktəbin təhlükəsizliyi,avadanlıqların qorunması barədə danışdı.