"Ölkəmizi tanıyaq"

13 noyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib.

Öncə İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülərək onun əziz xatirəsi yad edilib.

Görüşdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açıb. “Ölkəmizi tanıyaq” tur-aksiyasının əhəmiyyətindən danışan A.Qasımov qeyd edib ki, turun keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsidir. A.Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdləri üçün artıq 10-cu dəfədir ki, “Ölkəmizi tanıyaq” maarifləndirici tur-askiyası təşkil edildiyini və 4 il ərzində Nizami rayonunun məktəblilərinin Naxçıvan şəhərində olduqlarını, Şamaxı-İsmayıllı-Qəbələ və Lənkəran-Masallı-Astara istiqamətləri üzrə şəhər və rayonlarımıza səfər etdiklərini, həmin yerlərin tarixi abidələri, mədəni və görməli yerləri ilə tanış olduqlarını və böyük təəssüratlarla geri qayıtdıqlarını diqqətə çatdlrıb. Növbəti 10-cu tur-aksiyasının Gəncə-Şəmkir-Göygöl istiqaməti üzrə təşkil edildiyini söyləyən rayon rəhbəri, məktəblilər arasında biliyi və istedadı ilə seçilən 40 nümunəvi şagirdin noyabr ayının 14-dən 17-dək Gəncə, Şəmkir və Göygölə səfər edəcəklərini bildirib.251 saylı orta məktəbin 9 A sinif şagirdləri İbişova Səbinə,Cəbrayılov Rəsul “Ölkəmizi tanıyaq”tur aksiyasına qoşulmuşdular.İnanırıq ki,şagirdlərimiz məktəbimizi layiqincə təmsil edəcəklər.Görüşü yekunlaşdıran A.Qasımov bu tur-aksiyanın dövlətin gənclərə göstərdiyi qayğının növbəti təzahürü olduğunu vurğulayaraq, belə tədbirlərin şagirdlərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd edib və tur-aksiya iştirakçılarına yaxşı yol arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi