Konstitusiya Günü
Azərbaycan Respublikasının Konstitusiya günü — Azərbaycan Respublikasının əsas qanununun - Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gün. Hazırkı Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq referendumu əsasında qəbul edilmişdir. Bu Azərbaycan Respublikasının müstəqilliyi bərpa edildikdən sonra ilk Konstitusiyası idi.Azərbaycanın dövlətinin birinci Konstitusiyası1921 ci il mayın 19 da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925 -ci il martın 14 də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. Azərbaycan SSR-nin 1978-ci ilaprelin 21 də qəbul edilmiş son Konstitusiyası SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olsa da müəyyən özünəməxsusluğa malik idi.Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən yeni Konstitusiya layihəsi üzərində ciddi iş başlandı. 1994-cü ildə Prezident Heydər Əliyev sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, son əlavə və dəyişikliklər isə 18 mart 2009 -cu ildə referendum yolu ilə edilib.1996-cı il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edildi. Konstitusiya günü ilə bağlı Respublikamızın hər yerində müxtəlif tədbirlər keçirilir.Sözügedən mövzuyla bağlı məktəbimizdə də tarix müəllimi R.Əhmədovanın təşkilatçılığı ilə ədəbi-bədii kompozisiya keçirildi.Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Əzizova çıxış edərək konstitusiya gününün əhəmiyyətindən,onun yaranma tarixindən bəhs etdi.5,6,7,9 cu sinif şagirdlərindən Səfərəliyeva Suqra,Həsənzadə Aytac,Muradova Cəmilə,Qurbanzadə Tuqay,Şıxəliyev Nicat və başqaları mahnılar,sözlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirdilər.Tədbirdə Konstitusiya günü ilə bağlı slaydlar xüsusilə marağa səbəb oldu.