Bayrağımız qürurumuzdur

Bayraq hər bir xalqın varlıq möhürüdür.Zaman-zaman döyüş səngərlərində dalğalanaraq düşmənə meydan oxuyan,igid şəhidlərin tabutuna bürünəndə  dərtdən alovlanan ürəklərə su çiləyən,dünyanın möhtəşəm idman,konsert salonlarını bəzəyəndə hər kəsin qürur və iftixar yerinə çevrilən müqəddəs bayrağımız,üç rəngi,ayulduzlu görkəmi ilə bütün şanlı tariximizi özündə əks etdirən dövlət atributumuz olan bayraq dünənimizi bu günümüzü bağlayan dövlətçilik ənənəsidir.Şərqin ilk müstəqil Respublikası Azərbaycan Demokratik Xalq Cumhuriyyətinin dalğalandırdığı bayrağımız aşağıdakı şəkildə qəbul edildi.Azərbaycan Xalq Cumhuriyyəti  Nazirlər Şurasının sədri F.X.Xoyskinin imzaladığı qərarda deyilir:Milli bayraq kimi yaşıl,qırmızı,mavi rənglər,aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.Zamanın sərt gərdişi,tarixi,dövlətçiliyimizi müəyyən zaman kəsiyində kölgələsə də tarixi ədalət bərqərar oldu.Ölkəmizdə Dövlət Bayrağı günü Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009 tarixli 595 nömrəli sərəncamına əsasən qeyd edilməyə başladı.Respublikamızın müxtəlif guşələrində,elm təhsil müəssələrində qeyd edilən “Bayraq günü”xüsusi təntənələrlə  yadda qalır.Bu gün məktəbimizdə keçirilən “Bayraq günü”tədbirində məhz belələrindəndir.İbtidai sinif şagirdlərinin hazırladıqları şeir,slayd və mahnılardan ibarət bayram buketi alqışlarla qarşılandı.Bayrağın rənglərini əks etdirən beretka və qalstuk geyinmiş şagirdlərin bayram yürüşləri xüsusuilə yadda qalan oldu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi