İməclik

Ayın ilk şənbə günü 3 noyabr tarixində məktəbimizin I-IX sinif şagirdlərinin,müəllim və valideynlərin iştirakı ilə iməclik təşkil olundu.İməclikdə şagirdlər həyətyanı sahədəki ağacların gövdəsinə əhəng çəkdilər.Qurumuş budaqlar və tökülmüş yarpaqlar toplandı.Səliqə-sahmanı ilə seçilən məktəb həyətində şagirdlər diqqətdən yayınan zibil qalıqlarını xüsusi torbalara yığdılar.Əvvəlki iməcliklərdə əkilmiş ağac və güllər sulandı.Şagirdlərin bir qismi isə məktəbdaxilində,siniflərdə təmizlik işləri apardılar.Yuxarı sinif şagirdləri qapı-pəncərələri silib təmizlədilər,şkaf və partaların tozu,döşəmələr silindi.Hər sinif iməclikdə öz fəalliğıyla seçilməyə çalışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi