STEM dərslər
Müasir təlimin innovativ üsullarından biri də fənlər arası inteqrasiyadır.Bir dərsdə bir neçə fənnin əlaqəsi tədrisi şagirdlərin dünyagörüşünün artmasına tədrisə marağa səbəb olur.Heç də təsadüfi deyil ki,belə dərslər ənənəvilkdən çıxaraq həyat dərslərinə çevrilir.Bu dərslərdə qazanılan bilik və bacarıqlar gündəlik həyatda,gələcəkdə şagirdlərin qarşılaşacağı problemləri tez və məntiqli həllinə yol açır.Bu baxımdan məktəbimizdə direktor A.Əzizovanın rəhbərliyi ilə start götürmüş”STEM dərslər”layihəsi təqdirəlayiq hadisədir.Dərslər ibtidai sinif şagirdlərinin iştirakı ilə həyata keçirilir.Təlim şəklində baş tutan dərslər “Engineering For kids Azerbaijan” adlı qurumda Project manager vəzifəsində çalışan Çingiz Səlimov tərəfindən aparılır.Sözügedən dərslərdə şagirdlər müxtəlif konstruktor vasitələrinin köməyi ilə robot havada hərəkət edən paraşüt körpü və digər əşyalar hazırlayırlar.Yüksək əhval-ruhiyyə şəraitində keçən təlimlərə cəlb olunan şagirdlər bu işə böyük maraq və həvəs göstərirlər.Texnologiya,informatika,riyaziyyat və məntiqin inteqrasiyası yaddaqalan,məhsuldar dərslərin meydana gəlməsinə səbəb olur.İnnovasiyaların evimizə,işimizə,həyatımızın bütün sahələrinə nüfuz etdiyi bir zamanda məktəbimizdə görülən işlər təkcə mütəxəssis deyil,həm də məntiqli düşünməyi bacaran vətəndaşlar yetişdirmək yolunda sabaha atılan mətin addımlar sırasındadır.