Badminton yarışı

26 oktyabr 2018-ci il tarixində məktəbimizin idman zalında idmanın müxtəlif növlərini əhatə edən məktəblərarası spartakiadanın badminton yarışı keçirildi.Rayonumuzun 17 məktəbinin qatıldığı idman tədbiri püşkatma mərasimi ilə başlandı.Yarışda Nizami rayonunun 210,328,70,201,61,277,12,145,251,272,312,250,227,32,328,62,109 № -li məktəbləri iştirak edirdilər.Dəfələrlə digər idman növləri ilə yanaşı badmintonda da yadda qalan uğurlar qazanan komandamız yarışa xüsusi məsuliyyətlə hazırlaşmışdır.Badmintonçularımızı yarışa məktəbimizin idman müəllimləri və məşqçi K.Kərimov hazırlamışdır.Nəhayət gözlənilən an gəlib çatdı.Hər kəs rəqib komanda ilə gərgin mübarizəyə başladı.Oyun 251 №-li məktəbin qalibiyyəti ilə başa çatdı.İdman sağlamlıq,gözəllik,çeviklikdir deyirlər.Daha bir çeviklik bayramını arxada qoyduq.İnanırıq ki,belə tədbirlər daha cəsur və fiziki hazırlığa malik nəslin yetişməsində önəmli rol oynayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi