Videokonfrans
Məktəbimizdə zamanın tələblərinə uyğun müxtəlif layihələr həyata keçirilməkdədir.Belə təqdirəlayiq işlərdən biri də ibtidai siniflərdə təməli hələ keçən tədris ilindən qoyulan siniflərarası yarışmadır.Ayrı-ayrı sinif şagirdlərin elektron sual-cavabı,fikir mübadiləsi,mövzulara müxtəlif baxımdan yanaşması daha keyfiyyətli innovativ dərslərin qurulmasına əlverişli zəmin yaradır.Şagirdlərin daha fəal ,təhsilə marağın artması ilə müşaiyət olunan cavabları sözügedən layihənin uğurundan xəbər verir.