Şagirdlərlə görüş
Ailə-məişət zorakılığı zəmanəmizin danılmaz reallığıdır.Təbiidir ki,zorakılıq hökm sürən ailələrdə böyüyən uşaqlar da bu acı taledən öz nəsiblərini alırlar.Arzuolunmaz halların baş verdiyi ailədəki uşaqların sağlam böyümək,təhsil almaq hüququ kobud şəkildə pozulur.Belə halların aşkarlanıb aradan qaldırılması,tədbirlər görülməsi məqsədi ilə Təhsil Nazirliyinin nəzdində “Azərbaycan uşaq qaynar xətti xidməti”fəaliyyət göstərir.18 oktyabr tarixində məktəbin akt zalında psixoloq S.Sevda xanımın iştirakı olə qaynar xətt xidməti nümayəndələri ilə şagirdlərin görüşü keçirilmişdir.Görüş maarifləndirici xarakter daşıyırdı.Sevda xanım şagirlərə öz hüquqları barədə məlumat verərək,slaydlar nümayiş etdirdi.Xidmət nümayəndələrinin göstərdiyi hüquqi,psixoloji,sosial və digər dəstəklərdən bəhs edən qonaq zorakılığa məruz qalan hər bir vətəndaşın uşağının dövlətimizin dəstəkçisi olduğunu vurğuladı.