"Çörək günü"
Hər bir şəxsin bir amalı,bir məramı olmalıdır.Vətən sevgisi,Vətən qarşısında öz borcunu dərk etmək!Bizim borcumuz Vətəni,doğma torpağımızı qorumaq,ona xidmət etmək,onu dərindən sevə bilməyimizdir.Bu sevgini biz müəllimlər əgər şagirdlərimizə sevə-sevə aşılaya biliriksə,onların körpə qəlblərində Vətən sevgisi yarada biliriksə deməli biz də Vətənimiz qarşısında öz borcumuzu ödəmiş oluruq.Azərbaycanımızın köməyinə çatmış oluruq.16 Oktyabr bolluq və bərəkət rəmzi olan” Çörək günü”dür.Xalqımızda çox gözəl bir adət var.Böyüklər həmişə kiçiklərə nəsihət edirlər ki,yerdə çörək parçası görəndə onu qaldırıb öpmək və uca bir yerə qoymaq lazımdır.Bütün bunlar göstərir ki,xalqımız çörəyə müqəddəs bir nemət kimi,bərəkət kimi qiymət verir və onu uca tutur.Çörək əvəzedilməz nemətdir.
Üfüqlər qızarıb,güləndə səhər
Bülbül öpə-öpə oyatsın gülü
Çırmayıb qolunu qızlar-gəlinlər
Yığsın qucağına sarı sünbülü
Torpağa düşməsin havayı bir dən
Çörək bol olarsa basılmaz Vətən!
Çörəyimiz həmişə bol,xalqımız ruzi-bərəkətli,torpaqlarımız basılmaz olsun.