Valideyn iclasları
12-13 oktyabr tarixində məktəbimizdə “Açıq qapı” günü keçirilir.Bu çərçivədə siniflərdə valideyn iclasları təşkil olunur.Direktor A.Əzizovanın rəhbərliyi ilə valideynlərlə fərdi görüşlər,iclaslarda bilavasitə rəhbərliyin,fənn müəllimlərinin,sinif rəhbərlərinin iştirakı mövcud nöqsan və çatışmamazlıqların müəyyən edilərək aradan qaldırılmasına şərait yaradır.Qarşılıqlı müzakirələr,təklif və iradlar daha keyfiyyətli nəticələr üçün zəmin yaradır.Qarşılıqlı anlaşma və hörmət şəraitində keçən iclaslar müəllim-valideyn,məktəb-ailə birgə fəaliyyətinin bariz nümunəsinə çevrilir.