Müəllimlər günü

5 Oktyabr müqəddəs peşə sahiblərinin müəllimlərin peşə bayramıdır.1993-cü ildən ölkəmizdə qeyd edilməyə başlayan bu bayram əslində təkcə müəllimlərin deyil həyatında müəllim görmüş hər kəsin bayramıdır.Təsadüfi deyildir ki,iki şəxsi xatırlayanda insanın yaşından asılı olmayaraq qəlbi kövrəlir,xoş xatirələr sorağıyla gözləri dolur.Bu şəxsin biri bizə ömür bəxş edən ana,digəri isə yaşamağı,elmləri öyrədən müəllimdir.Müəllimsiz həyat işıqsız, sonu görünməyən qaranlıq yola bənzəyər.Əlinizdən tutub bizə hərfləri yazmağı,oxumağı öyrədən daha sonra elmin çətin yollarında bələdçilik edən bu insanlar ən dərin hörmət və ehtirama layiqdirlər.Biz də məktəbimizin direktoru A.Əzizovanın simasında bütün pedoqoji heyəti və respublikamızın təhsil ictimaiyyətini təbrik edir,onlara can sağlığı,çətin,mənalı işlərində uğurlar arzulayırıq.Dövlətimizin Prezidentinin,Təhsil Nazirliyinin həyata keçirdiyi təhsil strategiyasından irəli gələn mühim vəzifələrin həyata keçirməsindən müəllimlərin xidmətləri əvəzsizdir.Bütün bu tədbirlər vətənimizin daha işıqlı sabahı naminə savadlı,vətənpərvər,kamil vətəndaşların hazırlanması yolunda atılan müdrik addımlardır.Hər bir müəllimə qarşılarındakı çətin hədəflərə doğru inamla addımlamağı və ən böyük sevinc olan müəllim qüruru yaşamağı arzulayırıq.Məktəbin akt zalında “Müəllim gününə”həsr olunmuş tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan direktor A.Əzizova müəllimləri təbrik edərək,onlara şərəfli işində uğurlar can sağlığı arzuladı.Müəllimləri təbrik etmək üçün söz şagirdlərə verildi.İbtidai sinif şagirdləri,X sinif şagirdi Kənanın sazda ifası VIII sinif şagirdi  Şəhla İbişovanın söylədiyi şeir tədbiri maraqlı məqamlarından idi.Kollektivə yenicə qatılmış ingilis dili müəllimləri Sevda,Lalə xanım çıxış edərək müəllimləri təbrik etdilər.Valideynlərin nümayəndəsi də öz növbəsində bütün kollektivi təbrik edərək təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi