Heyvanları qoruyaq
4 Oktyabr heyvanları beynəlxalq müdafiə günüdür.Anamız təbiətin qoynunda yer verdiyi,tanrının yaşamaq haqqı tanıdığı canlılardı heyvanlar.Düşünəndə ki,hər yaradılmışın özünəməxsus missiyası var,o zaman heyvanlara, təbiətə qayğının vacibliyini bir daha dərk edirik.Zəmanəmizdə bir çox dəyərlər kimi heyvana digər canlılara qayğı da bir qədər kölgədə qalır.Namaza tələssə belə ətəyini kəsib,yatmış pişiyi narahat etməyən Peyğəmbərimizdən,At igidin qardaşıdır deyən müdriklərimizdən üzü bəri insanlığa heyvana sevgi aşılamağa çalışmışlar.Heyvanlara qayğı və sevgi hələ kiçik yaşlardan aşılanmalıdır.Məktəbimizdə müxtəlif tədbirlərdə sözügedən mövzu daim nəzərdə saxlanılır.Həyətyanı sahədə ağaclardan asılmış quş yuvaları bu tədbirlərin bariz nümunəsidir.Hər kəs kimi heyvanlar da yaşamalı,təbiətdə öz funksiyalarını yerinə yetirilməlidir.Kəsilmiş meşələr,azalan otlaq yerləri onların yaşamaq haqqını kölgədə qoyur.Azərbaycanda adı “Qırmızı kitaba”düşmüş,nəsli kəsilməkdə olan heyvanlar xüsusi qoruqlarda mühafizə olunurlar.Bəli,bu gün heyvanları müdafiə günüdür.Belə bir gün gündə qəlbimizin sağalmaz yarası olan Qarabağın simvolu olan ev sahibləri kimi köçkün,didərgin düşən Qarabağ atları yada düşür.Hələ vaxtilə İngilis kraliçasına hədiyə göndərilmiş,dosta güvən düşmənə göz dağı olan Qarabağ atı igidlər oylağı Cıdır düzünə qayıdacağı günü gözləyir.Zaman gələcək azman igidlərin şahə qaldırdığı Qarabağ atları hamını heyrətdə qoyacaq.Bax o zaman yurd yuvasına sahiblik ədasıyla biz səni müdafiə etdik,deyəcəyik.Gəlin bizi əhatə edən təbiəti,heyvanları qoruyaq!Bu gün parta arxasında əyləşən hər şagirdidə bu ruhda tərbiyə edək!