Dərsliklərin monitorinqi
1993 cü il oktyabrın elə bu günü Respublikamızın Prezidenti seçilmiş ulu öndərimizin dillər əzbəri olmuş " Təhsil millətin gələcəyidir"fikri bütün təhsil ictimaiyyətinin gündəlik işinin başlıca meyarına çevrilmişdir.Təbiidir ki,kitabsız təhsil,təhsilsiz isə kitab təsəvvür edilməzdir.Məktəbimizin kitabxanaçıları da bu işin məsuliyyətini dərk edir və gündəlik fəaliyyətlərini zamanın tələbləri səviyyəsində qurmağa çalışırlar.Kitabxanamızda il boyu müntəzəm olaraq aparılan tədbirlərdən biri də hər ay dərsliklərin monitorinqinin aparılmasıdır.Kitabxanaçılar tərəfindən məktəbin bütün siniflərində dərsliklər daim nəzarətdə saxlanılır.Şagirdlərlə aparılan söhbətlər,kitaba qayğıdan ona məsuliyyətlə yanaşmaqdan bəhs edir. Xüsusi ilə əvvəlki illərdə dərslikləri səliqəsiz qaytaran şagirdlərlə fərdi söhbətlər aparılır.Bu sahədə dərsliklərin məktəbdaxili kodlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.Bu tədbir şagirdlərin istifadəsində olan kitabların daimi nəzarətdə saxlanılmasına yardımçı olur.