Yaşlılarla görüş

1 oktyabr Beynəlxalq Ahıllar günüdü.Uşaqliğdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq,ictimai nəqliyyatda qocalara yer vermək,küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissini aşılamaq biz müəllimlərin üzərinə düşür.Mən bu aksiyanı sevə-sevə şagirdlərim və valideynlərimlə bir yerdə keçirdim.Buna görədə mənə dəstək olan əziz direktorumuz Aygün Əzizova xanıma və sinif kollektivimə dərin təşəkkür edirəm.Az da olsa bu kimsəsiz insanları yad etmək,onların qayğılarıyla maraqlanmaq hər birimizin borcudur.Üç oğlu Vətən yolunda şəhid olan ananın övladlarının qəhrəmanlığından bəhs etdiyi həyat hekayəsi uşaqların yaddaşında uzun müddət qalacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi