"Ahıllar günü"
01.10 "Ahıllar günü" kimi qeyd olunur.Böyüksüz yerdə xeyir,bərəkət olmaz deyirlər.Ta qədimdən elimizdə,obamızda ağsaqqal sözünə,ağbirçək nəsihətinə həmişə ehtiyac duyulmuşdur.Ahıl yaşa çatmış insanlar öz həyat təcrübələrilə daim gənc nəslə örnək olaraq onlara doğru yol göstəriblər.Kiçikləri böyüklərə hörmət və ehtiram ruhunda tərbiyyə etmək valideynlərlə birgə məktəbində üzərinə düşür.Şagirdlərlə sözügedən mövzuda söhbətlər təkcə "Ahıllar günü" deyil il boyu vaxtaşırı təşkil edilən tədbir və toplantılarda diqqət mərkəzində saxlanılır.Bu münasibət ilə məktəbimizdə kiçik bir toplantı keçirilmişdir.Fəxri qonaq qismində Səidə xanım Əliyeva öz çıxışında şagirdlərə öz həyat təcrübələrindən söhbət açaraq onlara öz tövsiyyələrini vermişdir.Tədbir 4 A1 sinfində davam etmişdir.Məktəbimizin direktoru Aygün xanım və Səidə xanım Əliyeva tədbirdə iştirak etmişlər.