Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci "Qrant"müsabiqəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “ Təhsildə inkişaf innovasiyalar üzrə 2-ci Qrant müsabiqəsində 251 nömrəli məktəbin təqdim etdiyi “ İbtidai siniflərin kurikulumunun praktiki STEM məşğələləri ilə zənginləşdirilməsi:müqayisəli analiz və pilot proqramlar” layihəsi STEM Təhsil Mərkəzi ilə birgə həyata keçirilir.Layihənin əsas məqsədi ibtidai siniflərin dərs proqramlarını beynəlxalq STEM kurikulumu ilə müqayisəli analiz etmək və həmin analizin nəticələri əsasında ibtidai sinif kurikumlarına pilot praktiki STEM məşğələləri tətbiq etməkdir.STEM təhsil metodu tələbələrə dörd spesifik sahənin:Elm (Science),Texnologiya(Technology).Mühəndislik (Engineering) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub.Layihəyə uyğun olaraq müəllimlərə təlim keçiriləcək, məktəbdə istifadə etmək üçün STEM kurrikumları və STEM laboratoriyası hazırlanacaqdır.STEM dərsləri pilot olaraq məktəbin şagirdləri üçün sınaqdan keçiriləcəkdir,gələcəkdə isə məktəbdən sonra dərnək,əmək dərsləri və ya texnologiya dərslərində istifadə oluna biləcək.Layihədə həllinə çalışmaq istədiyimiz əsas məsələ-biliklərin real həyata uyğunlaşdırılmasıdır.Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq STEM təhsili praktiki məşğələlər vasitəsilə elmi –texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasını şagirdlərə göstərir.STEM kurikulumlarının əsas müsbət cəhətlərindən biri də layihənin əsaslı təhsili əhatə etməsidir.STEM dərslərində şagirdlər mühəndis dizayn proseslərinin ardıcıllığı ilə tanış olurlar.Əvvəl müzakirə edirlər,qrup rəhbəri (baş mühəndis) seçirlər, iş bölgüsü edirlər, dizayn edirlər və yalnız bundan sonra inşa edirlər.Hər bir praktik dərsin sonunda bir layihə tamamlanmış olur və real nəticə əldə olunur.Praktik dərslər ilə tətbiqi qabiliyyətlərin inkişafı.STEM kurikumlarına uyğun olaraq,dərslər praktiki keçir,uşaqlar dərsin böyük hissəsinin aktiv və dinamik şəkildə öz əlləri ilə və özləri düşünərək nəticə əldə etməyə çalışırlar. Təcrübə göstərir ki,dərslərin praktikliyi, dərsdə uşaqların interaktiv iştirakını təmin etmək, dərs zamanı onların düşünməyə, danışmağa və təqdimat etməyə vadar etmək əsas problemlərdən biridir.Dərin elmi biliklərin sadə və əyləncəli izahı. STEM dərsləri vasitəsilə şagirdlərin çətinliklə başa düşdüyü elmi-texniki terminlər və anlayışlar sadə şəkildə onlara göstərilir.Məsələn,kinetik enerjinin potensial enerjiyə keçməsinin, bir raket düzəldib ona təzyiq ilə potensial enerji verib və 30 m qədər uçmasını müşahidə edərək öyrənmək hər bir uşaq üçün maraqlıdır.Təqdimat,qrup işi və kommunikasiya bacarıqlarının inkişafı.STEM dərslərində uşaqlar özünü ifadə etməyi,dinləməyi,müzakirə etməyi də öyrənirlər, çünki hər bir dərsin əvvəlində inşa olunacaq və istehsal olunacaq məhsul haqqnda tam sərbəst şəraitdə beyin fırtınası aparılır.Hər bir STEM dərsi qruplarda iş tələb edir,ən azı 2-3 nəfərdən ibarət qruplarda şagirdlər birgə fəaliyyət göstərir və nəticə eldə etməyə çalışırlar.Kritik düşünmə, kreativlik və problem həlli səriştələrinin inkişafı. STEM dərsləri zamanı,şagirdlər altı hissədən ibarət olacaq dərsin hər bir etapında düşünərək ortaya çıxan problemləri həll etməyə çalışacaqlar.Şagirdlərə düşünmək üçün tam sərbəstlik verilir.Düşünərək, inkişaf etdirici tədbirlər görərək yenidən məhsulları test edirlər.Hər bir test və yeniləyici tədbirlər onları son təkmilləşmiş məhsula daha da yaxınlaşdırır.Hər bir STEM dərsində şagirdlər sadə materiallardan,sıfırdan,müxtəlif mühəndis dizayn proseslərindən keçərək məhsul əldə edirlər .Onlar öz bilikləri, gücləri, düşünmə qabiliyyətləri ilə dizayn edir,inşa edir,test edir və prosesi (məhsulu)təkmilləşdirirlər.Sonda islə mükəmməl nəticə əldə edir,onun haqqında təqdimat edir,hətta evə aparıb valideynlərinə göstərə bilirlər.Hər bir uğurlu STEM layihə əsaslı dərs şagirdlərdə özlərinə inamı və güvəni artırır..STEM dərsləri şagirdlərdə gələcək karyera seçimi zamanı STEM ixtisasları haqqında fikir və həvəs yaradır.Məsələn, şagirdlər başa düşürlər ki, bu gün fizikanı , kimyanı,biologiyanı,riyaziyyatı və texnologiya dərslərini yaxşı mənimsəməklə gələcəkdə mühəndis,sonra mühəndislik layihələri üzrə menecer, daha sonra hətda böyük sənaye korparasiyalarının idarəçiləri sırasına daxil olmaq mümkündür.