Gənc riyaziyyatçımızın uğuru

Məktəbimizdə elmin,incəsənətin müxtəlif sahələrində öz fəallığı,istedadı ilə seçilən şagirdlərin aşkarlanmasında müntəzəm tədbirlər keçirilir.Breyn-Rinqlər,rəsm,mahnı,şeir müsabiqələri dediklərinizə əyani sübutdur.Təsadüfi deyildir ki,seçilmiş şagirdlərimiz ümumrayon,respublika hətta beynəlxalq tədbirlərdə məktəbimizi layiqincə təmsil edirlər.Belə şagirdlərdən biri 7 A4 sinif şagirdi Xədicə Muradovadır.Xədicə riyaziyyat fənni üzrə 300 nəfər şagird arasından kifayət qədər bal toplayaraq seçilənlərdən oldu.Seçilmiş şagirdlər 1 oktyabrda S.Hacıyev adına "Tərəqqi"texniki -humanitar liseyində başlanacaq dərslərdə iştirak edərək beynəlxalq bilik yarışına hazırlanacaqlar.Gənc riyaziyyatçımıza uğurlar arzulayır,elmlərin  şahı olan riyaziyyatın sirlərinə dərindən bələd olmağı arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi