Kitablar həyatın müəllimidir
Mütaliə insan həyatının ayrılmaz hissəsidir.Kitablar hər kəsin düşüncə,təfəkkür yollarını işıqlandıran bələdçi rolu oynayır.Kitabxanaçılarımız mütəmadi olaraq,şagirdlərlə bu mövzuda söhbətlər aparır,müxtəlif müzakirələr,təqdimatlar təşkil edirlər.Yeni dərs ilində mütaliə ilə bağlı tədbirlər yenidən canlanmağa başladı.Hər sinifdə I-XI (Az-rus) 3-4 sayda öz yaşına uyğun bədii ədəbiyyat nümunələrinin mütaliəsi təşkil ediləcəkdir.Davamlı olaraq oxunacaq kitablar siniflər arasında mübadilə ediləcək yekunda müxtəlif müzakirələr keçiriləcəkdir.Bu müzakirələrin təşkilində məqsəd gənc nəslin kitaba məhəbbət ruhunda tərbiyyə edilməsi,onların nitq,düşüncə,müstəqil fikir yürütmək bacarığının inkişaf etdirilməsidir.Kitabxanaçılarımızın hər oxunan kitab barədə şagirdlərlə fərdi söhbətlər zamanı onlara düzgün istiqamət verərək,daha gərəkli və yaş xüsusiyyətlərinin uyğun bədii əsərlərin seçimində yaxından köməklik göstərirlər.