Dərsliklər paylandı

Hələ avqust ayından kitabxanamızda yeni dərs ilinə hazırlıq görülür.Yeni alınmış dərsliklər möhürlənərək nömrələnir,kitabxanada səliqə-sahman işləri aparılır.Əvvəlki illərdə alınmış istifadə müddəti bitməmiş dərsliklər seçilərək paylanmağa hazırlanır.2018-2019 tədris ili üçün kitabxanamız 2,3,7,11 siniflər üçün şagirdlərimizi təmin edəcək qədər dərslik və müəllimlər üçün metodik vəsait alınmışdır.Mart ayında 251№li məktəbə göndərilmiş sənədə əsasən düzgün göndərilmiş şagird sayı üçün tələbatı ödəyəcək qədər (1,5,6,9) siniflərə dərsliklər alınmışdır.15 sentyabra qədər bütün dərsliklər şagird sayı üzrə sinif rəhbərlərinə təhvil verilmişdir.Kitabxanaçılarımızın işgüzarlığı və səyi nəticəsində qarşıya qoyulmuş məqsədə tam nail olunmuş bir nəfər də olsun dərsliksiz şagird qalmamışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi