İlk dərs-İlk başlanğıc
Təhsil Naziri Ceyhun Bayramovun yeni dərs ili ilə bağlı imzaladığı əmrə əsasən ümumtəhsil məktəblərində 2018-2019- cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə "Vətənim Azərbaycan ",V-IX siniflərdə "Dövlət rəmzləri -müstəqilliyimizin simvolu", X-XI siniflərdə "Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqları" mövzularına həsr olunmuşdur.251 saylı məktəbdə də 17 sentyabr tarixində keçirilən ilk dərslər qeyd edilmiş mövzular əsasında keçirildi.Keçirilmiş dərslərdə müəllimlər slaydlar və videoçarxlar vasitəsilə müstəqilliyimizi,dövlət rəmzlərimizi,vətənimizin təbii sərvətlərini, işğal altinda olan ərazilərimizi şagirdlərin bir daha diqqətinə çatdırdılar.Şagirdlərlə qarşılıqlı diskussiya şəraitində keçirilən dərslərdə Azərbaycanın müstəqillik və azadlıq uğrunda keçdiyi tarixi yol,qazandığı uğurlar və qələbələr bir daha vurğulandı.