Bilik günü

Respublikamızın bütün orta təhsil müəsisələrində olduğu kimi məktəbimizdə də “ Bilik günü” qeyd edildi. Tədbiri giriş sözü ilə açan direktor A.Əzizova sagirdləri,müəllim və valideynləri “Bilik günü” münasibətilə təbrik edərək, sagirdlərə təhsildə uğurlar arzuladı.Məktəbimizin yüksək balla ali məktəbə daxil olmuş məzunlarının çıxışları da tədbirin yaddaqalan məqamlarından oldu. Daha sonra, çıxış üçün söz alan valideynlər də yeni dərs ilində bütün şagirdlərə uğurlar arzuladılar.Məktəbimizin fizika müəllimləri T.Həşimova və E.Əlləzovanın çıxışları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı. Məktəbimizə ilk dəfə qədəm qoyan birincilərin çıxışları hər kəsin marağına səbəb oldu. Doğma təhsil ocağımızda vaxtilə çalışmış müəllimlərin tövsiyə dolu söhbəti yaddaşlarda xoş xatirəyə çevrildi. Səidə xanımın Prezidentə həsr olunmuş aşağıdakı şeiri hamı tərəfindən rəğbətlə qarşılandı.
Azərbaycan xalqının,
Xoşbəxt vətəndaşıyıq.
Bilsin bütün ölkələr
Nə gözəl yaşayırıq!
Gözəlləşən Bakımız,
İşıq saçır hər yana
Uğurlu idmançılar
Yol açırlar meydana
Bütün bu işlər üçün
Bu gözəl günlər üçün
Əziz Prezidentimiz.
Gözəl Mehriban xanım
Sizə minnətdarıq biz
Qalibiyyət eşqilə vuracaqdır qəlbimiz.
Sonda məktəbimizin 11 və 1 sinif sagirdlərinin iştirakı ilə ilk zəng səsləndirildi.