Pedaqoji şura

   14.09.2018-ci il tarixində məktəbin aktzalında yeni tədris ilinin başlanması ilə əlaqədar ilk pedaqoji şura ideası keçirilmişdir.İclası giriş sözü ilə açan direktor A.Əziziova pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı. Daha sonra iclasın gündəliyi müzakirəyə qoyularaq,səs çoxluğu ilə qəbul olundu. Təhsil Naziri C.Bayramovun yeni əmrinə əsasən tədris müəsisələrində qarşıya qoyulmuş yeni vəzifələr müəyyən olunmuşdur.Həmin əmrin bəndlərini rəhbər tutaraq 2.6 Yerlərdə yaradılmış “ Kiçik akademiya” ların fəaliyyətinin gücləndirilməsi, “Hər uşaq istedadlıdır” devizi ilə  ayrı-ayrı fənlər, eləcədə incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümüd verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə, yazı və nitq mədəniyyətinin inkişaf edilmədi, məktəblərdə kitabxana xətti ilə şagirdlərin geniş cəlb olunduğu “Mütaliə aylığı” keçirilməsi işinin məktəblərdə tətbiq olunacağı qeyd edilmişdir. 2.8 Məktəblərdə Azərbaycan dövlətinin, ölkə prezidentinin ictimai siyasi, sosial-iqtisadi sahələrdə dinamik inkisafi etiva edən fəaliyyəti, ölkəmizdə aparılan quruculuq işləri,o cümlədən ordu quruculuğu barədə şagirdlərə yaş səviyyələrinə uyğun davamlı məlumatların çatdırılması. Gündəlikdə dayanan məsələ barədə müzakirələrdə müəllimlər ayrı-ayrı çıxışlarla fəal iştirak etdilər. Bu il ali məktəbə yüksək balla qəbul olunmuş məzunlarımız barədə söhbət isə iclasın sevindirici və qururverici anlarından idi. Təhsil nazirliyinin keçirdiyi  “Təhsildə inkisaf və innovasiyal üzrə 2-ci qrand müsabiqədə” məktəbimizin uğuru hamı tərəfindən alqışlarla qarşılandı.Lahiyə rəhbəri informatika müəllimi N. Feyzullayevanın bu uğurda xüsusi xitməti olduğunu qeyd etdildi. Müavinlər Ü. Nuriyeva, L. Sadıqova, E. Ələndərova yeni dərs ilində pedaqoji kollektivin qarşısında dayanan vəzifələrdən bəhs etdilər. Təsərrüfat müdürü M. Abdullayev məkrəbin texniki baxımdan yeni dərs ilinə tam hazır olduğunu bildirərək, məktəbin əmlakına hər kəsin xüsusi həssaslıqla yanaşmağını tövsiyyə etdi. Sonda drektor A. Əzizova bütün müəllimlərə ümumi işinizdə, müqəddəs vəzifələrində müəffəqiyyət arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi