Təhsil sənədləri təqdim olundu!

Dərs ili başa çatdı, buraxılış imtahanları geridə qaldı. Şagirdlərin attestat almaq məqamı qəlib çatdı. Hər kəs illər boyu doğma məktəbdə qazandığı biliklərin göstəricisi olan attestat və şahadətnamələri almağa tələsir. Bu il məktəbimizdə IX sinif (az - rus) 93 nəfər, XI sinif üzrə (az - rus) 81 nəfər şagird bitirərək, təhsil sənədi almağa namizəd olmuşdur. Marşlok Roman, Yusifova Nərmin 11R1, Şamil, Cazid, Ülvi 11A3, Nərgiz 11A1, Minarə 9A1 fərglənmə ilə bitirərək, yüksək nəticə qazanmışlar. Məktəbimizin direktoru A. Əzizova məzunları və 9 sinfi bitirən şagirdləri təbrik edərək attestat şahadətnamələri təqdim edərək, onlara təhsil və həyat yollarında uğur arzuladı. Aygün xanım əminliyini bildirdi ki, hər bir şagird və məzun daim doğma məktəbimizin və Vətənimizin adına layiq vətəndaşlar olacaqlar.