Pedaqoji şura

   29.06.2018 – ci il tarixində məktəbimizdə tədris ilinin başa çatması ilə əlaqədar ilin sonuncu pedagojı şurası keçirilmişdir. Şuranı giriş sözü ilə direktor A. Əzizova açdı. Əzizova iclasın gündəliyində dayanan məsələlərlə iştirakçıları tanış etdi. Aygün xanım əvvəlcə Tıhsil nazirinin müavini seçilməyi münasibətilə Məhəbbət xanım Vəliyevanı kollektiv adından təbrik edərək, təhsildə gözlənilən yeniliklərin olacağından bəhs etdi. Kitabxana müdiri S. Hüseynova, metodbirləşmə sədrləri N. Həsənova, T. Muxtarova, A. Xudatova, O. Zərəngiz xanım, müavini L. Sadıqova, E. Ələndərova iştirak etdikləri seminarda müzakirə edilən və tövsiyə edilən məsələlərdən söhbət açdılar. Direktor Əzizova təhsildə nəzərdə tutulan yeniliklərdən geniş, izahlı şəkildə danışaraq, qarşıda duran vəzifələr barədə məlumat verdi. Buraxılış imtahanlarının müzakirəsi, şagirdlərimizin nəticələrinin müzakirəsi də Əzizovanın bəhs etdiyi məsələlər sırasında idi. Direktor müavini L. Sadıqova il ərzində sinif jurnallarında rast gəlinən neqativ hallar haqqında məlumat verdi. Aygün xanımın : “Sinif jurnalı dövlət sənədidir və onda nöqsan yolverilməzdir” fikri mövzunun məntiqi yekünu kimi səsləndi. Direktor müavini Ü. Nuriyeva nöqsanların aradan qaldırılması yolları haqqında danışdı. Təsərrüfat üzrə direktor müavini M. Abdullayev məktəb avadanlıqlarının qorunmasının vacibliyini və bu işin də birbaşa şagirdlərin aldığı tərbiyyə ilə bağlı olduğu vurğulandı. “Məktəb avadanlığı toxunulmazdır, çünki dövlətin malıdır” : söyləyən Abdullayev sonda kollektivə gələcək işlərində uğur arzuladı. Məktəbin Azərbaycan dilə və ədəbiyyatı müallimi S. Məmmədəli müəllim, riyaziyyat müəllimi Q. Rəşad müəllim davamiyyət və qiymətləndirmə ilə bağlı fikirlərini bildirdilər. Sonda direktor A. Əzizova kollektivə can sağlığı, mənalı istirahət arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi