Son zəng

   Respublikamızın bütün təhsil müəsisələrində olduğu kimi doğma məktəbimizdə də “Son zəng” tədbiri keçirilmişdir. Məktəb həyətində qonaqlar, müəllimlər, valideynlər və şagirdlər toplaşmışdılar. Hər kəs bayram əhvar – ruhiyyəsilə 11 – cilərin vida zənginə qatılmışdı. Tədbir aparıcıları sözü əvvəlcə məktəbin direktoru A. Əzizovaya verdilər. Aygün xanım məzun və valideynləri təbrik edərək dövlətimizin şəxsən Respublikamızın prezidenti İ. Əliyevin, vitse – prezidenti M. Əliyevanın uşaqlara, gənclərə göstərdiyi qayğıdan bəhs edərək, yaradılan imkanlardan söhbət açdı. Daha sonra 11 – cilərin çıxışları başlandı. Al - əlvan geyimli oğlan və qızlar öz mahnı və çıxışları ilə hamını duyğulandırdı. Sinif rəhbərləri, 11 – cilərin ibtidai sinif müəllimləri məzunları təbrik edəcək, onlara həyat yollarında uğur arzuladılar. Bu ilki məzunlarımızın yüksək bal toplayanlarının direktor Aygün xanım tərəfindən sertifikatlarla mükafatlandırılması isə tədbirin qürurverici anlarından idi. 11 – cilərin elm, bilik açarını 10 – culara təqdim etməsi isə alqışlarla qarşılandı. Məktəbimizin bu ilki məzunlarından ən yüksək bal toplayan Şamilim və əlaç birinci sinif şagirdi Nərgizin çaldığı son zəng iştirakçılara kövrək anlar yaşatdı. Tədbir məzunların şən rəgsləri ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi