“Dövlətçilik tariximiz rənglərin işığında”

   Respublikamızın Prezidenti İ. Əliyevin Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi ilə əlagədar imzaladığı sərəncama əsasən elm, təhsil müəsisələrində yubiley tədbirlərinin keçirilməsi geniş şəkildə vüsət almışdır. Doğma məktəbimizdə bu tədbirlərə məsuliyyət və vətəndaşlıq təəssübkeşliyi ilə hazırlamışdır. Daim bütün tədbirlərə öz fərqli işi ilə töhvə verən kitabxanamız bu dəfə də kənarda qalmadı. Direktor A. Əzizovanın təşəbbüsü, kitabxana müdiri S. Hüseynovanın və kitabxanaçı S. Cəlilovanın təşkilatçılığı ilə  I – IX (Az - Rus) sinifləri arasında “Dövlətçilik tariximiz rənglərin işığında” adlı rəsm və emblem müsabiqəsi keçirilmişdir. Məktəbin foyesində, Akt zalında qoyulmuş rəsmlərdən ibarət stendlərdə şagirdlərin yaradıcılıq imkanları ilə yanaşı onların tariximizə olan maraq və bələdçilikləri də özünü göstərirdi. Şagird təxəyyülünün məhsulu olan bu işlər təkcə gələcəyin uğurlu rəssamlardan deyil, həm də layiqli vətəndaşlardan xəbər verirdi. Məktəbimizin Akt zalında keçirilən əsas tədbirə dəvətli qonaqlar sərqi ilə tanış olaraq, təəccüb və sevinclərini gizlətmədilər. Direktor A. Əzizova kitabxananın vaxtaşırı belə müsabiqələr keçirdiyini və bu müsabiqələrin istedadların üzə çıxarılmasında əvəzsiz rolunu qeyd etdi. Sərqinin davamı olaraq, kitabxana tərəfindən Akt zalında təşkil olunan kitab sərqisi də marağa səbəb oldu. Beləcə bir tədbirdə arxada qaldı. Kim bilir, bəlkə də şagirdlərin fərqli düşüncə və yaradıcılıq imkanları ilə ərsəyə gətirdikləri bu kiçik əsərlər bir zaman böyük dünya salonlarını bəzəyəcək daha dəyərli əsərlərin körpə elçiləridir?

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi