Üçüncülərin bayramı

25 may tarixində məktəbimizin 3R1 sinfində sinif rəhbəri F. Babayevanın rəhbərliyi və təşkilatçılığı ilə “Xalq cumhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirildi. Bayrağımızın rənglərini təmsil edən şarlarla və lentlərlə bəzədilmiş sinif otağı bayram əhval – ruhiyyəsi yaradıldı. Tədbirdə məktəbin direktoru A. Əzizova, ədəbiyyat müəllimi F. Nərimanova, direktor müavini E. Ələndərova, kitabxanaçı S. Cəlilova qonaq qismində iştirak edirdilər. Himnimizin səslənməsi ilə başlayan tədbir üçüncülərin çıxışları ilə davam etdi. Xalq Cumhuriyyətinin yaranma tarixindən bəhs edən təqdimatı M. Vaxabov təqdim etdi. Milli rəqsimiz olan “Nəlbəki”ni isə Rəhimov Ümüd və Rəhimova Nərmin ifa etdilər. Bir – birini əvəz edən təqdimatlar, şerlər, mahnı və rəqslər tədbirin yaddaqalan anları idilər. Şagirdlərin xüsusi Azərbaycanın dünənini, bugününü əks etdirən məlumat xarakterli çıxışları maraqla və alqışlarla qarşılandı. Məktəbimizin bir çox beynəlxalq müsabiqələrdə layiqli təmsilçisi Ə. Həsənovun bayraqla rəqsini hamı gürür və sevinclə izlədi. Sonda ulu öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” nidalı sözləri tədbir iştirakçılarına duyğulu anlar yaşatdı. Tədbirin sonunda məktəbin direktoru A. Əzizova şagirdlərə, Fəxriyyə xanıma təşəkkür edərək, dövlətçiliyimizin tarixində keçdiyi keşməkeşli yollardan bəhs edərək, bugün Respublikamızın Prezidenti İ. Əliyevin böyük Azərbaycançılığın layiqli davamçısı olduğunu söylədi. Direktor müavini E. Ələndərova tədbir təşkilatçısı Fəxriyyə xanıma, şagirdlərə və belə tədbirlərin ərsəyə gəlməsində xüsusi rolu olan direktor A. Əzizovaya minnətdarlığını bildirdi.