"AXC – 100"

Nizami rayonu 251 № - li tam orta məktəbdə şərqdə ilk demokratik respublika olan “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün xanım Əzizova açaraq ölkə prezidenti canab İlham Əliyevin 16 may 2018 – ci ildə “Müsəlman şərqində” ilk parlamentli Respublikanın – “Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illik” yubileyinin təntənəli keçirilməsi haqqında sərəncam imzalanmışdır. Bu sərəncama əsasənTəhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsinin tədbirlər planına əsasən məktəbdə silsilə tədbirlərin : şeir, rəsm, inşa, elektron təqdimat, viktorinalar, bilik yarışları və müsabiqələrinin keçirildiyini, bugünkü tədbirin yekun tədbir olduğunu qeyd etdi. Sonra söz müsabiqə qalibləri - məktəbin şagirdlərinə verildi. 3A3 sinfinin şagirdlərinin ifasında “Bayraq”, “Vətən” haqqında şeirlər, mahnılar oxundu, rəqs nümayiş olundu.”Çırpınırdı Qara Dəniz” mahnısın bayraq pazlı quruldu. Yuxarı sinif şagirdlərinin ifasında Cəlil Məmmədquluzadənin “Kamanca” pyesindən bir parça tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu. Tədbirdə AXC – nın yaranması, fəaliyyəti, süqutu, ölkəmizin ikinci dəfə müstəqillik qazanması, ulu öndər Heydər Əliyev, bugünkü prezident İlham Əliyevin siyasəti nəticəsində regionun lider dövlətinə çevrilməsi, inkişafı barədə videokadrlar, slaydlar nümayiş olundu. Tədbir 8A1 sinif şagirdi Cəmilə Muradova (xanəndə), 10 R1 sinif şagirdi Bəhram Şirəliyev (kamança), 11A1 sinif şagirdi Kamal Məmmədov (tar) ibarət trio “Heyratı” muğamını ifa etdi. Tədbirdə iştirak edən qonaqlar : 70 № - li məktəbin direktoru Qasımov Nazim müəllim, 250 №– li məktəb direktoru İbrahimova Xalidə xanım, 277 №– li məktəb direktoru Hüseynova Nigar xanım, 220 №– li məktəbin direktoru Mirzəliyev Tural müəllim və Nizami rayon İcra Hakimiyyətinin müavini Əli müəllim müasir Azərbaycan Respublikasını AXC – nın varisi olduğunu, cənab prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində gündən – günə inkişaf etdiyini, belə tədbirlərin şagirdlərinə vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olduğunu qeyd etdilər.Tədbirin sonunda pedagoji kollektivin12 üzvünə Yeni Azərbaycan Partiyasına keçənlərə üzvlük vəsiqəsi verildi və tədbirdə zəhməti olan bütün müəllimlərə fəxri fərmanlar verildi.