Şanlı tariximizin, şərəfli səhifəsi

   Azərbaycan xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə məktəbimizdə müxtəlif yaşlı şagirdlərin iştirakı ilə  fərqli formatda keçirilən silsilə tədbirlərdən biri sinif rəhbəri İ. Qərənfil xanımın rəhbərliyi ilə 2a2 sinfində baş tutdu. Direktor A. Əzizovanın da iştirak etdiyi sinif tədbirində şagirdlərin hazırladığı mövzuya həsr olunmuş əl işləri, divar qəzəti, rəsmlər diqqəti cəlb edirdi. Sinif emblemi olaraq seçilmiş ilk müstəqillik ordeninin seçilməsi isə xüsusilə maraqlı oldu. Mahnılar, şerlər İsəgəndərova Ü., N. Aysun, B. Sabrina, R. Əli, M. Ayan, H. Həsrətin ifasında bir – birini əvəz etdi. C. Rəhilənin söylədiyi “Ayağa qalx” Azərbaycan şeri isə xüsusilə fərqlənərək, alqışlarla qarşılandı. Cümhuriyyət tarixi ilə bağlı slaydların təqdimatı tədbirin yaddaqalan anlarından oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi