Şamaxı şəhərinə ekskursiya

   Şamaxı Azərbaycanın dilbər guşələrindən biridir.Burada yazıb yaratmış onlarca  tanınmış görkəmli insanlar var ki,bunlardan biri də M.Ə.Sabirdir. Sabirin şeirlərini öyrəndikcə onun vətənini görmək,məzarını, ev muzeyini ziyarət etmək qərarına gəldik. Nəhayət gözlədiyimiz gün gəldi. Səhər tezdən hamı avtobusun gəlməsini gözləyirdi.  Yola düşdük. Yolboyu sıra ilə düzülmüş dağlar bir-birini əvəz edirdi. Qobustan rayonunu keçdik. Bir müddətdən sonra  M.Ə.Sabir adına sovxozu gördük. Daha sonra Azərbaycan Respublikasında yerləşən ən qədim məscid olan Cümə məscidi bizi qarşıladı.(Məscid 743-744 illərdə inşa edilmişdir). Məsciddən yüz metr aralanmamış görkəmli şairin ev muzeyi  bizi salamladı. Muzeyi gəzdikdən, sonra, Şamaxıda yerləşən ,,Yeddi günbəz,, qəbristanlığına getdik.Şairin qəbrini ziyarət edib,onu öz şeirləri ilə yad etdik.Müəllim yoldaşlarımla bərabər şagirdıərə dövrün şairi haqqında geniş məlumat verdik.Söz verdik ki,qarşıdan gələn şairin doğum gününü təntənəli surətdə qeyd edək. Şamaxının ən məşhur yerlərindən biri olan Rəsədxananı görmədən geri qayıtmaq doğru olmazdı. Yamyaşıl dağların arası ilə avtobusumuz yuxarı qalxırdı.Get – gedə dəniz səviyyəsindən daha yüksəyə qalxdığımızı hiss etdik.(dəniz səviyyəsindən 1500m yuxarı). Avtobusdan düşən kimi  rəsədxana işçiləri bizi qarşıladı.bizi teleskop olan kabinəyə aparıb ,ətraflı məlumat verdi.Daha sonra rəsədxana muzeyinə daxil olduq.Çox maraqlı məlumatlar aldıq.Ən maraqlısı 125 kq –lıq metiorid idi.  Bu gəzinti hamımızın çox xoşuna gəldi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi