“Sönməyən günəş”

Hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaçımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Bu gün məktəbimizdə bu silsilə tədbirlər davam edir. Məktəbin ibtidai sinif müəllimi T. Muxtarova Ulu Öndərimizin 95 illiyinə həsr olinmuş tədbiri açıq elan edərək dahi liderimizin həyat və yaradıcılığına həsr olunmuş video çarxı nümayiş etdirdi. Sonra şagirdlərimiz Heydər Əliyev haqqında şeirlər söyləyib, mahnılar oxudular. Sonda məktəbin direktoru Aygün xanım Ulu Öndər haqqında çıxış edərək uşaqlara heydər Əliyev kimi yetişmələrini məsləhət verdi. Aygün xanım bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biridir. Ümummilli lider Heydər Əliyev Azərbaycana, doğma xalqına həsr edilmiş ömür yolu bu günün və gələcəyin gəncləri üçün parlaq nümunə, tərbiyyə məktəbidir. Bu silsilə tədbirə məktəbin ibtidai sinif müəllimləri B. Fəxriyyə, İ. Qərənfil, R. NərminəMəftunə, M. T, B. Nərgiz, İ. Təranə, Q. Səadət, Ə. Arzu, Q. Sevinc, R. Emiliya, M. Ofeliya, Q. Məftunə, M. Təranə, C. Samirə müəllimə sinifləri ilə bərabər qoşulmuşdular.