Qafqazın cənnəti – Şuşa

“Qafqazın cənnəti” – Şuşa şəhəri 1992 – ci il may ayının 8 – nə keçən gecə erməni hərbi birləşmələri tərəfindən işğal olunmuşdur. Qədim abidələri, yaşayış binaları, zəngin muzey və kitabxanaları talan edilmiş, əsrarəngiz təbiətə malik olan Şuşa şəhəri xarabazara çevrilmişdir. Bu gün Şuşanın işğalından 26 il keçir. Bu məqsədlə məktəbin həyətində mitinq təşkil olunmuşdur. Əvvəlcə himn səsləndirilmiş, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik süutla yad edilmiş, daha sonra direktor Aygün xanım Əzizova öz çıxışında şagirdləri vətənpərvərliyə səsləyən fikirlər söyləmişdir. Tarix müəllimləri Q. Alixan, Ə. Elmira erməni qəsbkarlarının millətimizə qarşı yönəltdiyi vəhşilikdən, terrordan söhbət açmışlar. Əslən Qarabağdan olan Telli müəllimə öz çıxışında “Düzdür 26 ildir torpaqlarımız, eləcədə Qarabağın mənəvi paytaxtı Şuşa erməni tapdağı altındadır, lakin ordumuzun gücü ilə əlimizdən alınan torpaqların tezlilə qayıdacağına inanıram”.