Oxu günü

26.04.2018 – ci il tarixində H. Əliyev mərkəzi daha bir mötəbər tədbirə ev sahibliyi etdi. “Oxu günü” tədbirində hər kəs kitabın, mütaliənin əsrarəngiz sehrinə düşmüşdü. Toplantı iştirakçıları arasında məktəbimizin kitabxana müdiri S. Hüseynova, ədəbiyyat müəllimləri V. Almazova, L. Sadıqova, N. Əliyeva, A. Zamanova ilə yanaşı mütaliəyə maraq göstərən bir qrup şagird də iştirak edirdi. Tədbirdən hər kəs xoş ovqatla, kitaba, mütaliəyə rəğbət hissi ilə ayrıldılar.