Oxuyaq, dünyamızı zəngiləşdirək

   “21 aprel oxu günü” ilə əlaqədar məktəbimizdə direktor A. Əzizovanın rəhbərliyi, itabxana müdiri S. Hüseynova, kitabxanaçı S. Cəlilova və sinif rəhbərlərinin təşəbbüsü və təşkilatçılığı ilə “Oxuyaq dünyamızı zənginləüdirək” devizi altında 19 – 21 aprel tarixində silsilə tədbirlərə start verilmişdir. “Yer günü” və “Oxu günü”nə həsr olunmuş rəsmlərdən ibarət asfalt üzərində rəsm müsabiqəsi keçirilmişdir. Rəngli mellərlə çəkilmiş rəsmlərdə dünyamızın, planetimizin gözəllikləri öz əksini tapdı. Müxtəlif yaşlı şagirdlərin iştirakçısı olduğu müsabiqədə təqdirəlayiq işlər tamaşaçıların marağına səbəb oldu. “Oxu günü” ilə bağlı daha bir tədbir 3r1 sinif rəhbəri F. Babayevanın hazırladığı kompozisiya oldu. Fəxriyyə xanım əvvəlcə kitabın insan həyatındaki rolundan, mütaliənin aşıladığı gözəl vərdişlərdən bəhs etdi. Müxtəlif əsər qəhrəmanlarının rəsmlərindən ibarət əl işlərinin fonunda şagirdlərin çıxışları başladı. Uşaglar siz hansı kitabları oxumusunuz? Sualına şagirdlər dolğun, əhaləti cavablar verdilər. Tapmacalar əsasında hazırlanmış məzəli sual – cavab hamının xoşuna gəldi. Uşaq ədəbiyyətı nümunələrinin slaydlar vasitəsi ilə təqdimatı maraqla qarşılandı. Kitablar haqqında hazırlanmış viktorina isə tədbirin yaddaqalan anlarından idi. Şagirdlərin müxtəlif əsərlər haqqında hazırladıqlarları təqdimatlar onların mütaliəyə sevgilərindən xəbər verirdi. Bir – birini əvəz edən şən mahnılar tədbirə xüsusi rəng qatdı. Sonda məktəbin direktoru A. Əzizova kitab, “Oxu günü” ilə bağlı öz fikirlərini şagirdlərə bildirərək Fəxriyyə xanıma və şagirdlərə tədbir üçün təşəkkürünü bildirdi. “Oxu günü” ilə bağlı növbəti tədbirin iştirakçıları T. Muxtarovanın rəhbərliyi ilə 3a3 sinfi oldu. Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının nümayindələrindən biri R. Yusifqizi, direktor A. Əzizova, müavin Ü. Nuriyeva, ədəbiyyat müəllimi V. Almazova, kitabxana müdiri S. Hüseynova və kitabxanaçı S. Cəlilova iştirak edirdilər. Tədbiri giriş sözü ilə sinif rəhbəri T. Muxtarova açaraq kitaba sevgi, mütaliənin şagirdlərin insanlıq tərbiyəsindəki rolundan danışdı. Şer müsabiqəsinin qalibləri 8a2 sinif şagirdləri N. Əhmədova və X. Ağalarovanın çıxışları alqışlarla qarşılandı. R. Yusifqızının “İki gül” hekayəsi əsasında hazırlanmış səhnəcik hamının üzündə xoş bir təbəssüm oyatdı. Daha sonra təbiətlə bağlı şerlər, yer planeti, canlı həyatın sirlərindən bəhş edən məlumatlar, faktlar tamaşaçıların marağına səbəb oldu. Bir – birini əvəz edən şerlər, mahnılar şagirdlərin tədbirə səylə hazırlaşdığından xəbər verirdi. Sonda söz tədbirin qonağı yazıçı R. Yusifqızı verildi. Müəllif şagirdləri, tədbiri yüksək qiymətləndirərək, körpə oxucuların mütaliəyə olan marağının təqdirəlayiq olduğunu söylədi. Əsərləri ilə bağlı şagirdlərin çoxsaylı suallarını cavablandıran Reyhan xanım maraqlı bir diskusiyyanın iştirakçısına çevrildi. Sonda müəllif kiçikyaşlı oxuculara imzalı kitablarını hədiyyə etdi. Direktor A. Əzizova Reyhan xanıma, Təranə müəllimə, şagirdlərə təşəkkür edərək belə tədbirlərin şagirdlərin oxu mədəniyyətinin formalaşmağında əvəzsiz addım olacağını vurğuladı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi