Xalqın səsi, xalqın dəstəyi

Bütün ölkəmizdə olduğu kimi, məktəbimizdə də əsl ümümxalq tədbiri olan Prezident seçkilərinə böyük ruh yüksəkliyi, vətəndaş təsübkeşliyi ilə hazırlıq görülmüşdür. Məktəbimizdə 25 saylı Nizami Rayon II seçki dairəsinin 14, 15, 16 saylı məntəqələri fəaliyyət göstərir. 3 məntəqədə seçici siyahısı üzrə 4396 seçici qeydə alınmışdır. Onlardan 2968 nəfər seçici iştirak etmişdir. Seçicilərə məntəqə üzvləri tərəfindən əvvəlcədən bildirişlər təqdim edirərək, seçkiyə dəvət olunmuşlar. Seçki günü məntəqəyə gələ bilməyən 11 nəfər fiziki imkanları məhdud seçicilərə evlərə daşınan seçki qutuları aparılaraq, onların səsvermə hüquqları təmin olunmuşdur. Beynəlxalq, yerli müşahidəçilər, ATƏT nümayindələri Şedlovzka Borena, Apel Piotr, Kocaman Ömez, Yeresen Ahmet Rana, Telmukammedova Naziya, Nuğumanova İhaner, Kilic Metin, Respublika Ağsaqqallar şurasının sədri T. Heydərov, millət vəkili R. Hüseynov, Türk konsulluğunun nümayindəsi seçki prosesini izləyənlər sırasında idilər. Seçki prossesində məktəbimizdə təhlil olan şagirdlərin, bizim dislokasiyada olan valideynləri xüsusi fəallıq göstərdilər.