Sabahimiza dəstək verək

   Bütün ölkəmizdə möhtəşəm tarixi hadisə - Prezident seçkiləri ilə əlaqədar müxtəlif tədbirlər keçirilməkdədir. Belə mərasimlərdən biri də 05.04.2018 – ci il tarixində 251 saylı məktəbin stadionunda baş tutdu. Nizami rayon icra hakimiyyətinin və Nizami rayon YAP təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən toplantı görüşdə rayon sakinləri, ictimayət nümanindələri 251 № - li məktəblə yanaşı, məktəb kollektivləri də iştirak edirdilər. Himnimizin səslənməsi ilə başlayan tədbirdə YAP Nizami Rayon Təşkilatının sədri S. Vəliyeva, dünyaşöhrətli idmançımız, “Şöhrət ordenli” R. Şunayev, sakinlər adından Mənsumə Bədəlova, Aprel döyüşlərinin qazilərindən “Vətən xidmət medalı” ilə təltif edilmiş K. Musəvi çıxış edərək hamını ümumxalq seçkilərində mütəşəkkil iştirak etməyə səsləmişlər. Çıxışlarda oda vurğulanmışdır ki, Vətənimizin sabahı, dövlətçiliyimizin qorunması, iqtisadiyyatımızın güclənməsi naminə hər kəs öz məsulliyyətini dərk edərək, Prezidentimizə - İlham Əliyevə səs verərək, daha gözəl və işıqlıgələcəyimizə dəstək verməliyik. Toplantı görüş, T. Ağayeva, M. Əsədova, F. Ağayevin çıxışları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi