Kollektivimizin sevinci

Məktəbimizin ingilis dili müəllimi, öz dəsti – xətti ilə, fərqli metodları ilə daim yeniliklərə can atan Nigar xanımın yeni uğuru bütün kollektivin sevincinə səbəb oldu. Onun “Plays for children in english” adlı kitabı işıq üzü gördü. Günümüzün reallıqlarında güzgü tutan mövzularda işlənmiş pyeslər, məktəblər üçün maraqlı əlavə oxu materialı olacaqdır. Tarixi həqigətlərin əks olunduğu, Qarabağ müsibətlərinin ifadəsinə çevrilən kiçik həcmli əsərlər şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayacaqdır. Nigar xanımı bu münasibətlə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.
Müəllifdən : “Kitabımın əsas məqsədi – bu günün reallıqlarının problemlərini nəzərə alaraq, gənclərin bilik və düşüncə səviyyəsinin artırılmasında hazırki stereotiplərdən uzaqlaşmaqdır. Şagirdlər oxumağı bacarmalı, oxuduqlarını qavramağı və fikir mübadiləsi aparmağı bacarmalıdırlar. Çox vacibdir ki, bütün bu keyfiyyətlər biliyə əsaslanmalıdır. Öz vətənini, Azərbaycanını sevən vətəndaşın formalaşmasında Qarabağ mövzusu həm nəzəri, tarixi həm də mənəvi planda xüsusi rol oynayır. Bu mövzunun aşılanması konkret hadisələr, tarixi şəxslər bu günün qəhramanlarının həyatı əsasında qurulmalıdır.”