Məktəbimizi gözəlləşdirək

Məktəbimizdə vaxtaşırıv keçirilən iməcliklər artıq ənənə halı almışdır. Bu tədbirlərin davamı olaraq, “Mənim məktəbim” layihəsinə start verilmişdir. Hər sinif öz sahəsində ağac, gül kolları basdıracaq, əvvəlki iməcliklərdə əkilmiş tinglərə qulluq göstəriləcək. Biz inanırıq ki, yaşıllıqlara qərq olmuş məktəbimiz Respublikamızın ən gözəl məktəbləri sırasında yer alacaqdır.