“Kitabı sevməyi öyrənək”

“2 Aprel Beynəlxalq uşaq kitabı günü” bütün dünyada qeyd edilən kitab bayramıdır. Hələ kiçik yaşlarından kitaba sevgi, mütaliəyə maraq oyatmaq, onların gələcək taleyində mühüm rol oynayır. Məktəbimizin kitabxanası da bu baxımdan məqsədyönlü tədbirlər aparmaqdadır. Kitabxananın, və 3a3 sinifin rəhbəri T. Muxtarovanın təşəbbüsu və təşkilatçılığı ilə “2 Aprel Beynəlxalq uşaq kitabı günü” qeyd edilmişdir. Şagirdlər kitab haqqında aforizmlər, şerlər söyləyərək, səhnəcik göstərdilər. Kitabxana müdiri SÜ. Hüseynova kitabın insan həyatındaki rolundan bəhs edərək, şagirdlərə müntəzəm mütaliə etməyi tövsiyə etdi. Sinif rəhbəri T. Muxtarova, kitabxanaçı S. Cəlilova şagirdlərə uşaq ədəbiyyatı və yazarları ilə bağlı suallar verdilər. Debat şəklində davam edən tədbir maraqlı cavabları, xoş ovqatı ilə yadda qaldı.