Ölkəmizi tanıyaq

Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində təhsildə, məktəbin ictimai həyatında fərqlənən, əməyi keçən 10a1 sinif şagirdləri Məmmədova Aysu, Allahverdiyeva Lalə, Quliyeva Aytac Naxçıvana yola düşmüşlər. Belə Layihələrin həyata keçirilməsi ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, şagirdlərin dünya görüşünün formalaşmasında əhəmiyyət kəsb edir. Nizami rayon İcra Hakimiyyətində direktor Aygün xanım Əzizova məktəblilər, onların valideynləri, rayon ictimaiyyətinin iştirakı ilə yola salma mərasimi baş tutmuşdur. Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar İsrafilova iştiraçıları salamlayaraq, gənclərə göstərilən bu qayğıdan, layihənin məqsədindən söhbət açmış və onlara uğurlar arzulamışdır.