Novruz çələngi

Novruz xalqımızın qədim bayramlarından biridir. Birlik, bərabərlik bayramı olan Novruzu bütün müsəlman Şərqi qeyd edir. Məktəbimiz də bu möhtəşəm bayrama xüsusilə hazırlaşmışdır. Bütün məktəb ayrı – ayrı siniflər şəklində bayramı qeyd etdilər. Siniflər milli atributlarla, Novruz ənənələrini əks etdirən məişət əşyaları ilə bəzədilmişdi. Sinif rəhbərlərinin təşkilatçılığı ilə 3r1 F. Babayeva, 3a3 M. Təranə, 2a4 B. Yeganə (Türkiyə), 4r1 A. Qənbərova (Qazaxstan), 1a3 N. Həsənli (Azərbaycan), N. Məmmədova 1a2, 9r1 Ə. Elmira (Özbəkistan), 5r1 A. Əsgərova (Türkiyə), 1a1 K. Məmmədova, 1a4 G. Hacıyeva, 2a1 G. Əlirzayeva, 1r2 İ. Cavadova, 8a2 V. Almazova (Qırğızıstan), 5a2 V. Mütəllimova, 9a2 Ç. Qasımlı, 9a1 C. Əlizadə (Başqırdıstan), 5a1 G. Nuriyeva, 6a2 L. Sadıqova (Türkmənistan), 5a3 T. Mehdiyeva, 4a1 M. Əlirzayeva (Qazağıstan), 2a2 Q. İsaakova, 2r1 R. Nərmin, 6a2 G. Səfərova hərə öz sinifdə bayramı özünə məxsus şəkildə qeyd etdi. Məktəbimizdə isə Novruz şənlikləri hələ davam edir.