Riyaziyyat gecəsi

   Məktəbimizdə silsilə riyaziyyat tədbirləri davam etməkdədir. 7 mart 2018 – ci il tarixində “ Breyn - ring” və riyaziyyatla bağlı bədii hissə təşkil olunmuşdur. “ Breyn - ring”in təşkilatçıları məktəbin riyaziyyat müəllimləri : X. Afaq, O. Zərəngiz, C. Samirə, H. İradə xanım idilər. Şagirdlər  viktorina, Pifaqor, Tusi, Faler adlı komandalarda yarışırdılar. Slaydlarla verilən suallar şagirdlər tərəfindən cavablandırıldı. Breyn – ringin bədii hissəsində riyaziyyatla bağlı şeirlər söyləndi. Məktəbin 2a3 sinif rəhbəri S. Kəmalə xanımın rəhbərliyi ilə 2 – cilər  tədbirdə xüsusi fəallıq göstərdilər. Kiçik məktəblilərin hazırladıqları məzəli səhnəcik hamının xoşuna gəldi. Riyaziyyata hələ körpəlikdən sevgi  aşılamaq yolunda belə tədbirlər xüsusi önəm daşıyır. Sonda məktəbin direktoru A. Əzizova təşkilatçılara və şagirdlərə təşəkkür edərək riyaziyyatın həyatımızdaki əhəmiyyətindən bəhş etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi