Xocalını unutmayaq

23 fevral 2018 – ci ildə məktəbimizin akt zalında Xocalıda baş vermiş erməni vəhşiliyinin ildönümü ilə bağlı tədbir keçirildi. Tədbirin birinci hissəsində məktəbin musiqi müəllimi Gülarə Mirzəyevanın rəhbərliyi ilə hazırlanmış 8a1 sinif şagirdləri səhnəciklərlə hadisəni, erməni vəhşiliyini canlandırmağa çalışdılar. Daha sonra şagirdlərin ifasında şeir kompozisiyaları, vətənpərvərlik ruhunda mahnılar dinlənildi. Tədbirin ikinci – bədii hissəsində isə Azərbaycan dili və ədəbiyyat müəllimi Almara Balakişiyevanın rəhbərliyi ilə “Biz düşməndən qorxmuruq, vətənin azadlığı uğrunda hər zaman döyüşlərə hazırıq, qətlə yetirilmiş qardaşlarımızın intiqamını gec – tez alacağıq, biz əskərlərimizə, igid oğul və qızlarımıza güvənirik.” mesajını verdilər. Sonda məktəbimizin direktoru Aygün Əzizova faciə haqqında bir daha məlumat verərək bildirdi ki, balaca vətənpərvərlərimizin də qeyd etdiyi kimi biz heç vaxt sınmayacaq, ümidsizliyə qapılmayacağıq. Bir gün Azərbaycan ordusu bütün şəhidlərin intiqamını alacaq və itirilmiş torpaqları geri qaytaracaq.