Viktorina

Məktəbimizdə fevral ayında keçirilən riyaziyyat aylığı çərçivəsində ayrı – ayrı siniflərdə yarışlar, viktorinalar təşkil edilir. Növbəti belə tədbir 2a1, 2a2, 2a4 sinifləri arasında keçirilən riyaziyyat viktorinası oldu. Sinfin tərtibatı, rəqəmlər, fiqurlarla bəzədilmiş sinif şən, maraqlı və həyəyanlı bilik yarışından xəbər verirdi. Sinif rəhbərləri İ. Qərənfil, B. Yeganə, Ə. Gülarə xanım elə şagirdlər qədər həyacanlı idilər. Direktor A. Əzizovanın, müavinlər L. Sadıqovanın, E. Ələndərovanın iştirakı ilə münsiflər şagirdlərin cavablarını sevinc və heyranlıqla dinləyirdilər. Şagirdlər sarı, yaşıl, göy, qırmızı dairələri təmsil edən komanda şəklində cavab verirdilər. Slaydlar vasitəsilə verilən suallara iştirakçıların düzgün cavabları ulduzlarla qiymətləndirilirdi. Şagirdlər suallara düzgün , tez cavab vermək uğrunda yarışırdılar. Nəhayət daha çox ulduz qazanandar final mərhələsinə keçdilər. Finalın qalibi isə İ. Qərənfil xanımın şagirdi R. Əli oldu. Sonda bütün viktorinaçılar riyaziyyatdan bəhs edən kitabçalarla mükafatlandırıldılar. Qalibə isə xüsusi mükafat verildi. İştirakçıların riyaziyyatdan bəhs edən şən mahnısı hamının diqqətinə səbəb oldu. Şagirdlərin qalibi kimdir? Sualına Qərənfil müəllimə hamımız, dostluq cavabı verdi. Məqsədi riyaziyyatı sevdirməkolan viktorina şagirdlərin hafizəsində uzun zaman unudulmayacaq xoş izlər buraxdı.