Tariximizə səyahət.

14.02.2018 – ci ildə Nizami rayonu 251 № - li tam orta məktəbin müəllimləri C. Samirə, S. Günel, M. Təranə, B. Almaranın rəhbərliyi ilə 6- cı sinif şagirdləri “İçərişəhərə” ekskursiyaya getdiler. Orada bizi bələdçi Xanım xanım qarşıladı. Biz birinci “Qız qalası” tarixi abidəsi ilə tanış olduq.Orada “Qız qalasının” tikilmə tarixi, hündürlüyü, coğrafi mövqeyi haqqinda geniş məlumat verildi. Eyni zamanda abidənin içində olan tarixi eksponatlarla da ətraflı tanlş olduq. XII əsrə aid “Qız qalası”nın içərisindəki qörüntülü təqdimat uşaqların marağına səbəb oldu. Daha sonra bələnçi bizi “Şırvanşahlar sarayına” apardı. Biz sarayın içi ilə tanış olandan sonra ayrı – ayrı türbələrlə də tanış olduq. Paytaxtı Şamaxı şəhəri olan Şırvanşahlar dövləti Azərbaycanda ən uzun ömürlü dövlət olmuşdur. Şamaxıda başverən dəhşətli zəlzələ nəticəsində paytaxt Bakıya köçürülmüş və Şirvanşahlar sarayı tikilmişdir. Sarayın girişi çox möhtəşəmdir. Girişqapısı müxtəlif gül formalarında, üzüm yarpaqları şəklində bəzədilib. Həmin dövrdən qalan yeganə darvaza “Murad darvazası” adlanır. Bütün bu məlumatlar uşaqların tariximizlə bağlı fikir və düşüncələrini daha da inkişaf etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi