Sabahımızın alimləri

14- 16 fevral 2018 – ci il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında “Sabahın alimləri” 7 – ci Respublika müsabiqəsi keçiriləcəkdir. Mötəbər müsabiqədə məktəbimizi 10 sinif şagirdləri C. Cabrayılov və L. Allahverdiyeva təmsil edirdilər. Müxtəlif kateqoriyalarda layihələrlə çıxış edən digər məktəb şagirdləri arasında iştirakçılarımız “Tibb və sağlamlıq” kateqoriyasında “Müxtəlif xəstəliklər yaradan patalojı proseslərə qarşı yeni inhibitorların yaradılması” mövzusunda layihə ilə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər. 16 fevral 2018 – ci il tarixində qaliblər müəyyən olunacaq. Şagirdlərimizin layihə üzərində davamlı, əzmli axtarışları onların uğuruna inam yaradır. Biz inanırıq ki, qalibiyyət günəşinin şəfəgləri sabahına ümüdvar olduğumuz şagirdlərimizin elm, bilik yollarını səxavətlə işıqlandıracaqdır.