Elm zirvəsinə gedən yol

“Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər” (Emil Zolya).

Elm dünyanın sabahına aparan parlaq məşəldir. Bu məşəli gələcək nəsillərə ötürmək estafeti isə parta arxasında əyləşən şagirdlərimizdədir. Müxtəlif elm, bilik yarışları istedadlı şagirdlərin üzə çıxarılmasında xüsusi rol oynayır. Belə yarışlardan ən mükəmməli hər il keçirilən fənn olimpiadalarıdır. Müxtəlif fənnər üzrə öz biliklərini nümayiş etdirənlər arasında məktəbimizin şagirdləri 11a Ş. Şamil (riyaziyyat), Ə. Elvin (riyaziyyat), A. Lalə (biologiya), 11r Y. Nərmin (coğrafiya), Q. Gülbacı (coğrafiya), 10a X. Fidan (azərbaycan dili), İ. Ülvi (riyaziyyat), M. Xədicə (azərbaycan dili), Q. Nail (riyaziyyat), H. Lamiya (azərbaycan dili), D. Nicat (riyaziyyat), Q. Aytac (biologiya), A. Lalə (biologiya), C. Cavad (biologiya) da var idi. İştirakçıları olimpiadaya məktəbin müəllimləri G. Şəhla (coğrafiya), Q. Zərəngiz (riyaziyyat), B. Gülnarə (azərbaycan dili və ədəbiyyatı) hazırlamışlar. Bilik yarışında növbəti mərhələyə keçən şagirdlərimiz daha səylə və əzmlə öhdələrinə düşən çətin vəzifənin layigincə yerinə yetirilməsinə çalışırlar. Ümüdvarıq ki, şagirdlərimiz növbəti mərhələdə də parlaq nəticə göstərərək, doğma məktəbimizin şərəfini yüksəyə qaldıracaqlar. Elm, bilik savaşından müzəffər dönəcəklərinə inam və ümüdlə iştirakçılarımıza uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi