Elektron əməkdaşlıq

Məktəbimizin müəllimləri daim axtarışdadırlar. Elmin naliyyətlərinin köməyi ilə daha müasir təlim metodlarından istifadə pedaqoqlarımızın gündəlik təlabatına çevrilmişdir. Haqqinda bəhs edəcəyimiz yenilik də sözügedən tədbirlərdən biridir. Məktəbimizdə yeni üsulun qaranquşları məktəbimizin ibtidai sinif müəllimləri M. Təranə, İ. Qərənfil, Q. Arzu, Ə. Məlahət, Ə. Gülarə, B. Fəxriyyə və onların şagirdləri oldular. Skype bağlantısı ilə digər sinifə bağlanaraq, bir sinfin müəllimi digər sinfin şagirdlərinin biliklərini öz sualları ilə sınağa çəkdilər. Şagirdlər bu yeniliyi böyük maraq və sevinclə qarşıladılar. Hər iki sinfin şagirdləri sanki bilik, savad yarışına qatılmışdılar. Müəllimlərin suallarına dəqiq və ətraflı cavab vermək üçün şagirdlər xüsusi fəallıq göstərirdilər. Bu isə hələ son deyil , məqsədimiz dünyanın, ölkəmizin qabaqçıl müəllimlərinin mütərəqqi metodlarından bəhrələnərək, hər bir dərsimizi zamanın tələbləri səviyyəsində qurmaqdır. Məramımız qarşımızda əyləşən hər bir körpəni Vətənimizin sabahinin qurucuları kimi yetişdirməkdir. Məktəb olaraq qarşımıza qoyulan çətin, şərəfli vəzifənin məsuliyyətini dərk edərək, bu yolda inam və əzmlə çalışırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi