Pedaqoji Şura

03.02.2018-ci il tarixində ikinci yarımilin (tədris ilinin) başlanması ilə əlaqədar məktəbdə növbəti “ Pedaqoji Şura” keçirilmişdir. Toplantı iştirakçıları ötən ay vəfat etmiş ingili dili müəllimi Məmmədova Gülarə xanımın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
İclası giriş sözü ilə açan məktəbin direktoru Aygün Əzizova iştirakçıları “Pedaqoji Şura” nın gündəliyi ilə tanış etdi. Daha sonra direktor müavinləri Ülviyyə Nuriyevanın və Leyla Sadıqovanın hesabatları dinlənildi. Birinci yarım ildə keçirilmiş summativ qiymətləndirmə və ümumiyyətlə siniflərin yarımillik nəticələri elan edildi.
Yüksək nəticə göstərmiş siniflərin müəəlimlərinə təşəkkür edilərək, alqışlanıldı. Zəif nəticələrin səbəbləri isə müzakirələr zamanı aydınlaşdırılmağa səy göstərildi. Pedaqoqlardan coğrafiya müəllimi L.Əhmədova, ibtidai sinif müəllimi O.Mustafayeva müzakirələrdə yaxından iştirak etdilər. Məktəbimizdə istedadlı şagirdlərin aşkarlanmasında bir çox məqsədyönlü tədbirlər keçirildi. Elə bu tədbirlərin nəticəsində adları məlum olan istedadların siyahısını artıq hazır olduğu Aygün xanım tərəfindən vurğulandı. İclasda oda qeyd edildi ki, fevral ayı üçün məktəbdə riyaziyyat aylığı keçiriləcəkdir. Bu aylıq çərçivəsində keçiriləcək tədbirlər planının nəzərinə çatdırıldı. Direktor və müavinlər tərəfindən sinif jurnallarında olan nöqsanlar yenidən gündəmə gətiriləcək, yol verilmiş düzəlişlər pisləndi.
Natiqlər, müəllimlər tərəfindən dərs buraxılmasının yol verilməz olduğu və bu məsələyə laqeyd yanaşanların ciddi cəzalandırılacağı nəzərdə çatdırdılar.
Təsərrüfat işləri üzrə direktor müavini Abdullayev Mühasir çıxış edərək, xüsusən tədbirlərdən sonra akt zalının təmizliyinə, sinif otaqlarında səliqə sahmana avadanlıqların qorunmasına, fikir verilməsinin vacibliyini vurğuladı.
Növbətçilərin işə daha məsuliyyətlə yanaşmalarının gərəkli olduğunu, bildirən diektor, digər müəllimlərin də tənəffüs zamanı kömək məqsədilə şagirdlərə nəzarət edəcəklərini söylədi. Ənənəmizə sadiq qalaraq fevral ayı ərzində doğum günü olacaq müəllim və işçilərin adı çəkilərək təbrik edildilər. 3 fevral ad günündə bizlrələ biryerdə olan ibtidai sinif müəllimi Nərminə Rzayevaya müdriyyət tərəfindən gül buketi təqdim edilərək, xoş arzular bildirildi.
A.Əzizova pedaqoqlara keyfiyyət ili adlandırılan tədris ilini adına layiq şəkildə başa vurmağı arzuladı.